Latviya səfiri Xarici İşlər Nazirliyində olub
14 İyul 2010 Çərşənbə 16:50
Latviya səfiri Xarici İşlər Nazirliyində olub. Elmar Məmmədyarov Mixails Popkovsu qəbul edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycandakı səfiri Mixails Popkovsu ölkəmizdə fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı səfir Mixails Popkovs Azərbaycanda Latviyanın səfiri olmasından məmnun olduğunu bildirib.
İşlədiyi dövrdə ölkələr arasındakı bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan Mixails Popkovs fəaliyyəti zamanı göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir Mixails Popkovsa xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: