İyulun 22-də Metyu Brayzanın taleyinə aydınlıq gələcək
20 İyul 2010 Çərşənbə Axşamı 21:55
ABŞ Senatı diplomatın Azərbaycana səfir göndərilməsini müzakirə edəcək.
İyulun 22-də ABŞ Senatının xarici əlaqələr komitəsində Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr keçiriləcək. Bunu jurnalistlərə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq deyib. O, Metyu Brazyanın Birləşmiş Ştatların Azərbaycana səfir təyin edilməsi ilə bağlı son sözü Senatın deyəcəyini bildirib.

“ABŞ-ın Azərbaycadakı yeni səfirinin təyin edilməsi ilə bağlı ABŞ prezidenti Barak Obama Metyu Brayzanın namizədliyini irəli sürüb. Bizim konstitusiyaya uyğun olaraq isə namizədlik Senatda dinləmələrdən keçirilməlidir. İyulun 22-də ABŞ Senatının xarici əlaqələr komitəsi Metyu Brayzanın səfir təyin olunması ilə bağlı dinləmələr keçirəcək. Lakin onu da demək istəyirəm ki, Senat bunu təsdiqləməsə, Metyu Brayza səfir ola bilməyəcək. Metyu Brayzanın səfir təyin edilməsi ilə bağlı ABŞ-da yaşayan bir qrup erməni bunu tənqidlə qarşılamışdı. Bu isə normal bir haldır. Amma son sözü Senat deyəcək”,- deyə ABŞ-ın Azərbaycandakı səfirliynin müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar