İsrailin xarici işlər naziri Aviqdor Libermanın gələn ilin fevralında Azərbaycana səfəri planlaşdır
17 Dekabr 2009 Cümə Axşamı 11:30
Dekabrın 20-23-də İsrail Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Avrasiya departamentinin rəhbəri Pinxasa Avivi Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, səfər zamanı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparılacaq. Səfər zamanı həmçinin İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya ilk rəsmi səfəri ilə bağlı məsələ müzakirə olunacaq. Bu səfərin 2010-cu ilin fevralında gerçəkləşməsi planlaşdırılır. Bu məsələ Azərbaycan və İsrail xarici işlər nazirlərinin dekabrın 1-də Afinada görüşü zamanı müzakirə olunub. Aviqdor Liberman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu İsrailə səfərə dəvət edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar