İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu gün səfir Heydər Əliyev muzeyində olub, onun abidəsi önünə gül dəstəsi qoyub.
Səfir Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, MR-in iqtisadi inkişaf naziri, baş nazirinin müavini və kənd təsərrüfatı naziri ilə görüşlər keçiriləcək. Görüşlərdən sonra Naxçıvan şəhərinin bir sıra mədəniyyət müəssisələri ilə tanışlıq olacaq.
Oktyabrın 21-də səfirin Naxçıvan Dövlət Universiteti ilə tanışlığı və tələblər qarşısında çıxışı nəzərdə tutulur. Daha sonra Naxçıvan şəhərinin qədim tarixi abidələri və görməli yerləri ilə tanışlıq olacaq.
Bundan əlavə, Naxçıvan MR-in kənd təsərrüfatı məhsulları üzrə istehsal müəssisələri və sənaye-istehsal müəssisələrindən bir neçəsinə baxış keçirilməsi və görüşlər nəzərdə tutulur. Səfir Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkəcək. APA
İsrailin Azərbaycandakı səfiri Naxçıvanda səfərdədir
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bu gün Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gedib.




Şərhlər