Siyasət

İsa Qəmbər və Əli Kərimli səs verdi

İsa Qəmbər və Əli Kərimli səs verdi. Əli Kərimli: " Sabah günorta biz seçkiyə öz qiymətimizi verəcəyik”.

· Xəbərçi
İsa Qəmbər və Əli Kərimli səs verdi
20 saylı Nərimanov seçki dairəsində seçici olan Müsavat Partiyasının başqanı İsa Qəmbər səsvermə prosesində iştirak edib. O, jurnalistlərə ayrı-ayrı seçki dairələrində saxtakarlıqlar, seçki pozuntuları haqqında məlumatlar aldığını və buna təəssüfləndiyini bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli isə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 5-ci seçki məntəqəsində səs verib.

“Bizim müşahidəçilərimiz bütün pozuntuları qeydə alıb. Seçkilərin necə keçməsi axşam məlum olacaq. Sabah günorta isə biz öz qiymətimizi verəcəyik”, deyə Ə. Kərimli qeyd edib. ANSPRESS

Şərhlər