İran XİN Azerbaycan xalqını tebrik edib
28 May 2013 Çərşənbə Axşamı 13:19
Mən böyük Azərbaycan xalqını Milli Müstəqillik günü münasibətilə təbrik edirəm.
Azərbaycan Demokratik Respublikasının 95 illiyi İranda da qeyd olunub. Azərbaycanın Tehrandakı səfirliyində təşkil olunan tədbirdə İranda akrreditə olunan diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, eləcə də İran rəsmiləri iştirak ediblər. İran Xarici İşlər Nazirinin müavini Seyib Abbas Əraqçi Azərbaycan xalqına təbriklərini ANS vasitəsilə çatdırıb.

“Mən böyük Azərbaycan xalqını Milli Müstəqillik günü münasibətilə təbrik edirəm. Azərbaycan dövlətini və onun hörmətli prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Onun İranda böyük hörməti var. Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayırıq. Azərbaycan son 20 ildə ugurlu inkişaf yolu keçdi, ümid edirik ki, bu inkişafın davamı olar. İran və Azərbaycan xalqı birlikdə qonşu, dost və qardaş olaraq əlaqələrini daha da möhkəmləndirəcəklər” - deyə İranın Xarici İşlər Nazirinin müavini Seyid Abbas Əraqçi bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar