İqbal Ağazade narazıdır
13 İyun 2013 Cümə Axşamı 15:47
Ümid Partiyasının sedri İqbal Ağazade builki prezident seçkilerine münasibət bildidi.
İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi Qarabağ blokunun toplantısının əsas müzakirə mövzusu olub. Toplantı iştirakşıları bunu yolverilməz hesab ediblər. Blokda təmsil olunan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ANS PRESS-ə deyib ki, 2009-cu ildə də prezidentin üçüncü müddətə namizədliyinin irəli sürülməsinə dair keçirilən referenduma etiraz edib. "Həmin vaxt 6 blok qeydiyyatdan keçib və biz referendum dönəmində bunun əleyhinə təbliğat aparmışıq", - İqbal Ağazadə bildirib.
Millət vəkilinin sözlərinə görə, həmin vaxt referendumun nəticələrini tanımamaq barədə 6 siyasi partiya birgə müqavilə imzalamışıq: "Bu, 2009-cu ildə baş verib, refendumun parlamentdə də əleyhinə çıxış etmişəm, sonra isə "Müsavat" partiyası, "Ümid" partiyası, Azərbaycan Demokrat Partiyası, Xalq Cəbhəsi Partiyası, "Liberal" partiyası və Vətəndaş İnkişaf Partyası birgə Qarabağ və Respublika uğrunda anti-referendum bloku yaratdılar. Anti-referendum bloku da Mərkəzi Seçki Komissiyada qeydiyyatdan keçib, bundan sonra isə referendum dönəmində efirdən ayrılan vaxt müddətində də biz efirdən bunun əleyihnə çıxış etmişik, xalqı buna səs verməməyə çağırmışıq, sonda da referendumun nəticələrini tanımamışıq".
Builki prezident seçkilərində namizədliyinin irəli sürülməsinə gəlincə, Ümid Partiyasının sədri bu məsələni səlahiyyətli qurumların həll edəcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: