İordaniya Azərbaycana yeni səfir təyin edib
07 Oktyabr 2010 Cümə Axşamı 17:15
Bu gün xarici işlər naziri Adel Adeylahı qəbul edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Adeylahı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, etimadnamənin surətini təqdim edən A.Adeylah ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq İordaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə iordaniyalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar