İngiltərə Lordlar Palatasının üzvü Qubada gördüklərindən dəhşətə gəlib
14 Dekabr 2009 Bazar Ertəsi 17:30
"Çox təəssüf edirəm ki, insan oğlu bir-birini bu şəkildə öldürür"
Azərbaycanın tarixi keçmişi, müasir inkişafı barədə ətraflı məlumat toplamaq üçün ölkədə səfərdə olan İngiltərə parlamenti Lordlar Palatasının üzvü Baronessa Sayeda Qubada aşkar edilmiş kütləvi məzarlığı ziyarət edib.

Qonağı müşayiət edən Quba İcra Hakimiyyətinin rəsmiləri məzarlıq barədə ingiltərəli qonaqlara geniş məlumat verib, indiyədək bu yerdən 600-dək insan kəlləsinin aşkar edildiyini bildiriblər.

Ermənilərin 1918-ci ildə Azərbaycan ərazisində, o cümlədən Quba qəzasında törətdikləri vəhşiliklərin sübutu olaraq məzarlıq yerində xatirə muzeyinin yaradılacağı qeyd olunub. İngiltərənin Lordlar Palatasının nümayədəsi gördüklərindən dəhşətə gəldiklərini bəyan edib.

"Dünyada bir neçə belə soyqırım, kütləvi qırğın yerlərində olmuşam. Çox təəssüf edirəm ki, insan oğlu bir-birini bu şəkildə öldürür. Bu məsələyə siyasi şərh verməyim düzgün olmaz, amma bir siyasətçi olaraq əlimdən gələni edəcəm ki, gələcəkdə bu cür şeylərə rast gəlinməsin", deyə Baronessa Sayeda qeyd edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar