Siyasət

İlham Əliyevin Gürcüstana səfəri başa çatıb

İyulun 18-i axşam dövlətimizin başçısı İlham Əliyev vətənə dönüb.

· Xəbərçi
İlham Əliyevin Gürcüstana səfəri başa çatıb
Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb. Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan prezidenti Mixail Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola salıblar.

İyulun 18-i axşam dövlətimizin başçısı vətənə dönüb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevi baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar. ANSPRESS

Şərhlər