Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ukraynanın milli bayramı – müstəqillik günü münasibəti ilə Ukrayna prezidenti Viktor Yanukoviçə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan prezidenti Ukrayna prezidentini və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və öz adından təbrik edib.
“Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcək”, - deyə məktubda qeyd olunub. ANSPRESS
İlham Əliyev Viktor Yanukoviçi təbrik edib
Prezident Ukraynanın müstəqillik günü münasibəti ilə həmkarına məktub ünvanlayıb.




Şərhlər