İlham Əliyev və Joze Manuel Barrozu bəyanatla çıxış edib
13 Yanvar 2011 Cümə Axşamı 22:10
Azərbayacan prezidenti İlham Əliyev ilə Avropa Komissiyası sədrinin mətbuat konfransı keçirilib.
Bu gün Azərbaycanla Avropa İttifaqı arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun mətbuat konfransı keçirilib. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, İlham Əliyevlə Joze Manuel Barrozu bəyanatlarla çıxış edib və jurnalistlərin suallarına cavab verib.
Xatırladaq ki, bu gün Azərbaycan-Avropa İttifaqı sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalayıb.
“Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu”nu, “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” nu Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubov və Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia imzalayıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: