Siyasət

İlham Əliyev Trayan Beseskuya başsağlığı verib

Azərbaycan prezidenti rumıniyalı həmkarına məktub ünvanlayıb.

· Xəbərçi
İlham Əliyev Trayan Beseskuya başsağlığı verib
Prezident İlham Əliyev Rumıniya dövlət başçısı Trayan Beseskuya anası Yelena Beseskunun vəfatı ilə əlaqədar başsağlığı verib. “Hörmətli cənab prezident, ananız Yelena Beseskunun vəfatı xəbəri məni son dərəcə kədərləndirib. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”, - deyə prezidentin məktubunda qeyd edilib. ANSPRESS

Şərhlər