Siyasət

İlham Əliyev Robert Bradtkeni qəbul edib

Görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

· Xəbərçi
İlham Əliyev Robert Bradtkeni qəbul edib
Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkeni qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu da qəbul edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub.

Görüşdə rusiyalı diplomat həmsədr qismində Azərbaycana sonuncu dəfə səfər etdiyini bildirib və Moskvanı Minsk qrupunda təmsil edəcək İqor Popovu prezident İlham Əliyevə təqdim edib. ANSPRESS

Şərhlər