İlham Əliyev Braziliya prezidentinə məktub ünvanlayıb
02 Noyabr 2010 Çərşənbə Axşamı 23:00
Dövlət başçısı İlham Əliyev həmkarını prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə xanım Dilma Rousseffi təbrik edib. Dövlət başçısı həmkarına təbrik məktubu ünvanlayıb. "Hörmətli xanım Rousseff, Braziliya Federativ Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Braziliya dövlətlərarası münasibətləri, genişlənməkdə olan dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm",- deyə prezidentin təbrik məktubunda qeyd edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: