Siyasət

İlham Əliyev başsağlığı verdi

Prezident Çilidə baş verən dəhşətli zəlzələdən kədərləndiyini bildirib

· Xəbərçi
İlham Əliyev başsağlığı verdi
Azərbaycan prezidenti İlham Əliyev Çilidə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq həmkarı xanım Mişel Baçelet Xeriyaya başsağlığı məktubu ünvanlayıb.

“Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çili xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləyirəm”, - deyə məktubda bildirilir. ANSPRESS

Şərhlər