İlham Əliyev Banqladeş prezidentinə məktub ünvanlayıb
04 İyun 2010 Cümə 19:25
Prezident İlham Əliyev çoxsaylı insan tələfatı ilə bağlı banqladeşli həmkarına başsağlığı verib.
Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Zillur Rəhmana başsağlığı verib. Bu məqsədlə dövlət başçısı İlham Əliyev banqladeşli həmkarına başsağlığı məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident, ölkənizin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Banqladeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. ",- deyə prezidentin başsağlığı məktubunda qeyd edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: