İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib
26 İyul 2010 Bazar Ertəsi 14:30
Musiqi festivalında baş verən basabas nəticəsində 19 nəfər ölüb, 340 nəfər yaralanıb.
Azərbaycan prezidenti İlham Əliyev Duysburq şəhərində keçirilən “Love Parade” musiqi festivalında baş vermiş faciə ilə bağlı almaniyalı həmkarı Kristian Vulfa başsağlı verib.
"Duysburq şəhərində baş vermiş faciə barədə xəbər məni olduqca sarsıtdı. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", deyə dövlət başçısının məktubunda qeyd olunub.
Xatırladaq ki, Almaniyada keçirilən “Love Parade” musiqi festivalı faciəyə çevrilib. Ölkənin qərbində yerləşən Duysburq şəhərində keçirilən texno-musiqi festivalında yaranan kütləvi basırıq zamanı ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 340 nəfərə çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: