İlham Əliyev Aleksandr Lukaşenkoya məktub ünvanlayıb
02 İyul 2010 Cümə 21:05
Azərbaycan prezidenti belaruslu həmkarını ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Prezident İlham Əliyev Belarus xalqını və prezident Aleksandr Lukaşenkonu Respublika Günü münasibəti ilə təbrik edib. Bununla əlaqədar prezident İlham Əliyev belaruslu həmkarına təbrik məktubu ünvanlayıb.

"Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik şəkildə və sürətlə inkişaf edəcək. Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm",- deyə prezidentin təbrik məktubunda qeyd edilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar