Bu dəqiqələrdə Milli Məclisin növbəti iclası öz işinə başlayır. Bu gün Azərbaycan hökuməti parlamentdə hesabat verəcək. Nazirlər Kabineti 2008-ci ilin yekunları ilə bağlı, Milli Məclisə 430 səhifəlik hesabat təqdim edib. Sənəddə ötən il əldə olunmüş uğurlar, eləcə də çətinliklər və problemlər, dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyət, həmçinin qeyri-neft sektorunun prioritet hesab edilməsi öz əksini tapıb./ANS TV/