Siyasət

Hillari Klintonun Azərbaycana səfəri başa çatdı

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi ilə birgə nahar ediblər.

· Xəbərçi
Hillari Klintonun Azərbaycana səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton birgə nahar ediblər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ABŞ-ın dövlət katibi Hillari Klintonu yola salıblar.

Heydər Əliyev adına Beynəlxalq hava limanında Hillari Klintonu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər yola salıb. ANSPRESS

Şərhlər