Siyasət

Həmsədrlərdən növbəti cəhd

Onlar daha bir görüş təşkil etmək istəyir.

· Xəbərçi
Həmsədrlərdən növbəti cəhd
ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabr ayına qədər yenidən regiona səfər edəcək. Rəsmi Bakı həmsədrlərin yeni təşəbbüslərlə çıxış etməsinin tərəfdarıdır. Bu açıqlama ilə xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Onun sözlərinə görə, həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında yeni görüş təşkil etmək istəyir.

“Bəzi təkliflər var. Onlar regiona gəlsinlər, ya hardasa yenə görüşək. Həmsədrlər istəyir ki, sentyabradək regiona səfər etsinlər. ANSPRESS

Şərhlər