Gürcüstanın baş naziri Azərbaycana gəlir
23 İyul 2010 Cümə 11:20
Gürcüstanın baş naziri Azərbaycana gəlir. Səfər zamanı bir sıra mühüm məsələlər müzakirə olunacaq.
Bu gün baş nazir Nika Qlauri başda olmaqla Gürcüstanın hökumət üzvlərindən ibarət 50 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Səfər zamanı Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası olacaq.

Qeyd edək ki, bu altı ayda bir dəfə keçirilən növbəti iclas olacaq. Bu dəfəki iclas zamanı qaz tədarükü üzrə razılaşdırılmış məsələlər, 500 klovoltluq elektrikötürücü xəttin çəkilməsi, Bakı-Tiflis-Qars dəmir yolu və Rustavi-Bakı avtobanının tikintisi müzakirə olunacaq.

Komissiyanın iclasından sonra Gürcüstanın baş naziri azərbaycanlı həmkarı Artur Razi-zadə ilə görüş keçirəcək. Onun Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü də planlaşdırılır.

Gürcüstan nümayəndə heyətinin səfəri bu gün başa çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar