General leytenant Arzu Rehimov Türkiyeden qayıtdı
12 İyul 2014 Şənbə 16:01
Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetinin reisi, general leytenant Arzu Rehimov Türkiye Respublikasında seferde olub.
Azerbaycan Respublikası Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetinin reisi, general leytenant Arzu Rehimovun rehberlik etdiyi nümayende heyeti Türkiye Respublikasında seferde olub.
Dövlet Xidmetinin ictimaiyyetle elaqeler şöbesinden ANS PRESS-e verilen melumata göre, Türkiye Respublikasının Milli Müdafie Nazirliyinin deveti ile baş tutmuş sefer çerçivesinde seferberlik ve herbi xidmete çağırış sahesinde ikiterefli tecrübe mübadilesi, bu sahede emekdaşlığın perspektivleri barede fikir mübadilesi aparılıb.
Azerbaycan nümayende heyeti Ankarada seferberlik ve çağırış idarelerinin fealiyyeti ile de tanış olub.
DOSTLARINLA PAYLAŞ: