Fransua Olland Tiflisdə
14 May 2014 Çərşənbə 16:42
Fransa prezidenti Fransua Olland “Qəhrəmanlar abidəsini” ziyarət edib.
Fransa prezidenti Fransua Olland Gürcüstanda olub.

Fransa prezidenti Fransua Olland Qafqaza səfəri çərçivəsində ANS TV-nin məlumatına görə, Azərbaycan və Ermənistandan sonra Gürcüstanda olub. Olland əvvəlcə Tiflisdə “Qəhrəmanlar abidəsini” ziyarət edib. Fransa prezidenti daha sonra Gürcüstan Baş naziri İrakli Garibaşvili ilə birlikdə Fransa - Gürcüstan İqtisadi Forumunda iştirak edib. Forumda , iki ölkə arasındakı “iqtisadi” əlaqələr və “ikitərəfli əməkdaşlıq” məsələləri müzakirə edilib. Bundan sonra o, gürcü həmkarı ilə görüşüb.
Rəsmi qarşılanma mərasimində sonar ikitərəfli görüşlər başlayıb.

Görüşdə, Gürcüstan – AB (Avropa Bilriliy), Fransa əlaqələri ilə yanaşı Ukrayna böhranı əsas müzakirə mövzusu olub. Olland Gürcüstandan Rusiyaya mesaj göndərib. Mətbuat konfransında Olland Ukraynada 25 May prezident seçkilərinin qanuni şəkildə keçirilməsinin təmini üçün Qərbə səslənib. Səsvermənin baş tutmayacağı təqdirdə o, rəsmi Moskvanı “günahkar” biləcəyini, belə olan halda AB (Avropa Birliyi) tərəfindən Rusiyaya qarşı sanksiyaların artırılacağını vurğulayıb. Tiflisdən sonra Ollandın 3 günlük Qafqaz səfəri sona çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar