Siyasət

Eynulla Mədətli Ukraynaya səfir təyin edilib

Eynulla Mədətli Ukraynaya səfir təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

· Xəbərçi
Eynulla Mədətli Ukraynaya səfir təyin edilib
Eynulla Yadulla oğlu Mədətli prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında və Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb və Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısı İlham Əliyevin digər sərəncamı ilə Tələt Müseyib oğlu Əliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. ANSPRESS

Şərhlər