Ərəbistanlı spiker Qarabağ münaqişəsinə münasibət bildirib
14 İyun 2010 Bazar Ertəsi 16:30
Abdulla əş-Şeyx ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Səudiyyə Ərəbistanı Şura Məclisinin sədri Abdulla bin Məhəmməd bin İbrahim Əl əş-Şeyx Azərbaycana səfərə gəlib. O, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, səfərdə məqsədinin Səudiyyə Ərəbistanı Şura Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin inkişafı olduğunu bildirib.

Səudiyyə Ərəbistanı rəsmisi ölkəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini də açıqlayıb və bildirib ki, ölkəsi Azərbaycanın hüquqlarının təmin olunması baxımından beynəlxalq təşkilatların verdiyi qərarları dəstəkləyir.

"Biz beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul olunan bütün qətnamələri dəstəkləyirik və bizim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimiz çoxdan məlumdur", - deyə hava limanında spiker jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu səfər ölkələr arasında parlamentlərarası əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, iyunun 18-dək davam edəcək səfər Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun dəvəti ilə reallaşır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar