Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayacaq. Bu barədə ANS-ə Türkiyə Baş nazirinin Avrasiya məsələləri üzrə müşaviri Qeybulla Qeybullayev məlumat verib. Onun sözlərinə görə, türkiyəli nazirin Bakıda müzakirə edəcəyi əsas məsələ Dağlıq Qarabağ münaqişəsi olacaq.
Q.Qeybullayev səfərin 16-17 may tarixlərində planlaşdırıldığını qeyd edib. “Təbii qaz, enerji məsələləri də müzakirə olunacaq. Eyni zamanda Azərbaycanla Türkiyə arasındakı strateji məsələlər, eləcədə viza məsələsidə gündəmdədir”. ANSPRESS
Ərdoğan Azərbaycana gəlir
Türkiyə baş nazirinin Bakıda müzakirə edəcəyi əsas məsələ Dağlıq Qarabağ münaqişəsi olacaq.




Şərhlər