Siyasət

Elmar Məmmədyarov Qətərə rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərə iki günlük rəsmi səfərə yola düşüb.

· Xəbərçi
Elmar Məmmədyarov Qətərə rəsmi səfərə gedib
Bu barədə APA-ya XİN-in mətbuat katibi Elxan Poluxov məlumat verib. Rəsmi görüşlər sabah olacaq. E. Məmmədyarov Qətərin baş naziri, xarici işlər, iqtisadiyyat və maliyyə nazirləri ilə görüşlər keçirəcək. Səfər zamanı iki ölkə arasında diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin ləğvi haqqında sənədin imzalanacağı gözlənilir. APA

Şərhlər