Siyasət

Elmar Məmmədyarov Norveçin ölkəmizdəki səfirini qəbul edib

Görüş Jon Rambergin fəaliyyət müddətinin bitməsi ilə əlaqədar keçirilib.

· Xəbərçi
Elmar Məmmədyarov Norveçin ölkəmizdəki səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının Azərbaycandakı səfiri Jon Rambergi ölkəmizdə fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. ANS PRESS-in Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı səfir Jon Ramberg Azərbaycanda Norveçin səfiri olmasından məmnun olduğunu vurğulayıb.

İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində nazir E.Məmmədyarov səfir Jon Ramberga xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. ANSPRESS

Şərhlər