Məlum olduğu kimi xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanda səfərdədir. ANS-in Gürcüstana ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, Elmar Məmmədyarov azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda da olub. O burada yerli ictimaiyyətin nümayəndələri ilə görüşüb, onların problemlərini dinləyib.
Günün sonunda isə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Gürcüstanın baş naziri Nika Gilauri, daha sonra isə prezident Mixail Saakaşvili ilə görüşüb. Sonuncu görüş mətbuat nümayəndələri üçün qapalı keçib. ANSPRESS
Elmar Məmmədyarov Marneulidə olub
Elmar Məmmədyarov burada yerli ictimaiyyət nümayəndələri ilə görüşüb.




Şərhlər