Siyasət

Elmar Məmmədyarov Avstriyada səfərdədir

Elmar Məmmədyarov Avstriyada səfərdədir. Məqsəd Salzburq şəhərində keçiriləcək konfransda iştirak etməkdir.

· Xəbərçi
Elmar Məmmədyarov Avstriyada səfərdədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 20-22 avqust tarixlərində Avstriyanın Avropa və Beynəlxalq əlaqələr üzrə federal Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Salzburq Triloqu elmi konfrans: XXI əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənardan keyfiyyətli artımın perspektivlərinə baxış” adlı konfransda iştirak etmək üçün Avstriyanın Salzburq şəhərindədir.

Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, konfransda bir sıra Avropa dövlətlərinin XİN rəhbərləri, dövlət rəsmiləri, dünyanın aparıcı elmi mərkəzlərinin ekspert və rəhbərlərinin iştirakı nəzərdə tutulub. İştirakçılar “Maliyyə və bazar iqtisadiyyatının iflası”, “Etik bazar iqtisadiyyatları üçün birliklərin inşası” və “Arxitekturanın dəyişdirilməsi və siyasətin həyata keçirilməsi” mövzuları ətrafında fikri mübadiləsi aparacaqlar. ANSPRESS

Şərhlər