Siyasət

Əli Həsənov: “Seçkidə KİV-in fəaliyyəti məhdudlaşdırılmayacaq”

Əli Həsənov: “Biz bu prosesin şəffaf, ədalətli keçirilməsini istəyirik".

· Xəbərçi
Əli Həsənov: “Seçkidə KİV-in fəaliyyəti məhdudlaşdırılmayacaq”
"Bu il Azərbaycanda keçiriləcək parlament seçkisində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir inzibati resursdan istifadə olunmayacaq". Bunu ATƏT Bakı Ofisinin təşkilatçılığı ilə "Seçkilərin mediada əks etdirilməsi" mövzusunda keçirilən Dəyirmi masadakı çıxışında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

"Biz bu prosesin şəffaf, ədalətli keçirilməsini istəyirik", - deyə Əli Həsənov bildirib.

Onun sözlərinə görə, demokratik cəmiyyətdə seçki prosesi üç mərhələdən - seçkilərə hazırlıq və onun təşkili, cəmiyyəti seçkilərə hazırlamaq, daha doğrusu, maarifləndirmə işlərinin aparılması, eləcə də seçkilərin özünün keçirilmə prosesindən ibarətdir. ANSPRESS

Şərhlər