Elçin Quliyev gürcü nazirlə görüş keçirib
15 May 2014 Cümə Axşamı 17:48
Ölkəmizə səfərdə olan Gürcüstanın DİN naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Elçin Quliyev arasında işçi görüş keçirilib.
Azərbaycan Respublikasında səfərdə olan Gürcüstanın Daxili İşlər Naziri Aleksandr Çikaidze ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ,Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev arasında işçi görüş keçirilib.
DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində və sərhəd keçid məntəqələrində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında qarşılıqlı faydalı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.
DOSTLARINLA PAYLAŞ: