Dünya Bankının missiyası Bakıya gəlir
24 Fevral 2010 Çərşənbə 15:10
Azərbaycanda “Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçiriləcək
Martın 1-də Dünya Bankının Müşahidə Şurasının “Əmlakın Qeydiyyatı Layihəsi” üzrə baş kuratoru Kevin Adlinqtonun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək. Bu barədə Dünya Bankının Bakı nümayəndəliyindən məlumat verilib. Səfərdə məqsəd adıçəkilən layihənin ölkəmizdə həyata keçirilməsidir. Missiya martın 12-də başa çatacaq.

Qeyd edək ki, Dünya Bankının təqdim etdiyi “Əmlakın Qeydiyyatı Layihəsi” bankın maliyyə dəstəyi ilə Azərbaycanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən həyata keçiriləcək.

Layihə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycana 20 il müddətinə ayrılmış 30 milyon dollar kreditin hesabına həyata keçiriləcək. İlkin məlumatlara görə, layihənin dəyəri 38.57 milyon dollardır. Bunun 8.57 milyon dollarını Azərbaycan hökuməti ayırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar