Siyasət

Bu gün Piter Semnebi Azərbaycana gəlir

Piter Semnebi Bakıda hökumət üzvləri ilə məsləhətləşmələr aparacaq.

· Xəbərçi
Bu gün Piter Semnebi Azərbaycana gəlir
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Bakıya gələcək. Xüsusi nümayəndə səfər çərçivəsində Azərbaycan hökumətinin üzvlərilə məsləhətləşmələr aparacaq, ombudsman Elmira Süleymanova və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Azərbaycan rəsmiləri ilə görüşlərdə Cənubi Qafqaz regionu, o cümlədən də Azərbaycanda gedən son proseslərin diqqət mərkəzində olacağı gözlənilir. Səfər yanvarın 24-də başa çatacaq. ANSPRESS

Şərhlər