Brayzanın adı Senatın saytına əlavə edilib
31 İyul 2010 Şənbə 12:50
Avqustun 3-də amerikalı diplomat Bakıya səfir təyin edilə bilər.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəsmi saytında Metyu Brayzanın adı Azərbaycanda səfir postuna namizəd kimi qeyd edilib. Saytda həmçinin ABŞ-ın digər ölkələrdə səfir və başqa vəzifələrə 32 namizədinin də adı göstərilib.

Sayta görə, avqustun 3-də səfir vəzifəsinə namizədlərlə komissiya sədri Con Kerrinin görüşü olacaq.

Xatırladaq ki, bir neçə gün öncə saytda təyinatlar sırasında Metyu Brayzanın adı yox idi. Metyu Brayzanın Azərbaycanda səfir postuna namizəd kimi ABŞ Senatının xarici əlaqələr komissiyasında dinlənilməsi prosesi iyulun 22-də olub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar