Siyasət

Bosniya və Herseqovinanın xarici işlər naziri Bakıya gəlib

Bosniya və Herseqovinanın xarici işlər naziri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.

· Xəbərçi
Bosniya və Herseqovinanın xarici işlər naziri Bakıya gəlib
Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu gün Azərbaycana rəsmi səfərə gəlib. Qonaq Fəxri xiyabanı ziyarət edərək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. ANSPRESS

Şərhlər