Siyasət

Biz açdıq, İrəvan da arxivlərini açsın

CHP lideri soyqırımı barədə suala Türkiyənin lazım olan bütün addımları atdığını deyib

· Xəbərçi
Biz açdıq, İrəvan da arxivlərini açsın
Fransada səfərdə olan Türkiyə anamüxalifətinin lideri, CHP-nin (Cumhuriyyət Xalq partiyası) sədri Kamal Kılıçdaroğlu senata gedərək Türkiyə-Fransa dostluq qrupunun sədri Jak Blanla görüşüb. Kılıçdaroğlu parlamentdə soyqırımına CHP-nin münasibətini soruşanlara, Türkiyənin lazım olan addımı atdığını deyib: “Bizim ölkəmiz bütün arxivləri açıb. Amma Ermənistan arxivləri açmayıb. Tarixi tarixçilərin öhdəsinə buraxaq. Biz tarixin arxivlərlə, sənədlərlə dəyərləndirilməsinin tərəfdarıyıq. Bunu qəbul etməyən Ermənistandır. Ermənistan da arxivləri açsın”.

Şərhlər