Siyasət

Belarusun iqtisadiyyat naziri Azərbaycana gələcək

Belarusun iqtisadiyyat naziri Nikolay Snopkovun Azərbaycana səfəri planlaşdırılır.

· Xəbərçi
Belarusun iqtisadiyyat naziri Azərbaycana gələcək
APA-nın xəbərinə görə, bu barədə Belarusun Azərbaycandakı müvəqqəti işlər vəkili Sergey Panasyuk açıqlama verib. O, səfərin oktyabr ayına planlaşdırıldığını deyib.

Səfər zamanı Belarus İqtisadiyyat Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir. Tərəflər qarşılıqlı sərmayə cəlb edilməsi məsələsini də müzakirə edəcəklər. Xatırladaq ki, iyun ayında Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı sərmayələrin qarşılıqlı cəlb edilməsi və müdafiəsi haqqında saziş imzalanıb. S. Panasyuk bu sazişi konkret məzmunla doldurmağın önəmli olduğunu söyləyib. APA

Şərhlər