Bayram Səfərov: “Qarabağ ermənilərinin ağlı olsaydı…”
31 İyul 2010 Şənbə 01:15
Bayram Səfərov: “Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib, danışıqlar da yalnız Bakı və İrəvan arasında davam etdirilməlidir”.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsiin nizamlanması ilə bağlı danışıqları Ermənistanla aparmaqda davam edəcək. Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının rəşbəri Bayram Səfərov deyib. O, “İnterfaks” agentliyinə açıqlamasında Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın separatçıların sülh danışıqlarında iştirakının vacibliyi barədə bəyanatını şərh edib: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövləti öz vətəndaşları ilə hansı danışıqları aparmalıdır? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib. Ona görə də danışıqlar yalnız Bakı və İrəvan arasında davam etdirilməlidir”.

“Sayı 30-40 min nəfər olan Qarabağ erməniləri də Qarabağ azərbaycanlıları kimi yalnız bir icmadır” deyən Bayram Səfərovun sözlərinə görə, Qarabağın erməni icması daha ağıllı olsaydı, Azərbaycanın inkişaf səviyyəsindən istifadə edə bilərdi. Separatçıların lideri Bako Saakyanın “Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibinə qayıtmasının qeyri-mümkün olması” barədə dediklərini şərh edən Dağlıq Qarabağın aərbaycanlı icmasının rəhbəri bildirib ki, Qarabağ Azərbaycan ərazisidir: “Azərbaycan öz ərazisinin bir hisəsini digər ölkəyə peşkəş edə bilməz”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar