Siyasət

Bakıda Məmmədyarov-Vaşadze görüşü keçirilib

Görüşdə regional münaqişələrin mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

· Xəbərçi
Bakıda Məmmədyarov-Vaşadze görüşü keçirilib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət, Cənubi Osetiya və Abxaziya münaqişəsinin hazırkı durumu, regionda baş verən proseslər müzakirə edib.

Danışıqlar zamanı həmçinin Cənubi Qafqaz və Xəzər hövzəsində gerçəkləşdirilən enerji və infrastruktur layihələri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. ANSPRESS


Şərhlər