Azərbaycan prezidenti İlham Əliyev Abbasəli Kərəm oğlu Həsənovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abbasəli Həsənov bundan əvvəl Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Dövlət başçısı həmçinin Elnur İxtiyar oğlu Sultanovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Elnur Sultanova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Azərbaycanın Tacikistan və Braziliyada yeni səfirləri təyin olunub
Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.




Şərhlər