Azərbaycanı özümüzə qardaş ölkə hesab edirik
03 May 2010 Bazar Ertəsi 13:05
Bakıda səfərdə olan İranın DİN rəhbəri belə deyib.
Azərbaycanda rəsmi səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Jurnalistlərə açıqlamasında Azərbaycana səfərinin müsbət xarakterli olduğunu bildirən daxili işlər naziri qeyd edib ki, bu səfər münasibətlərin dərinləşməsinə, dostluğa, inkişafa, əlaqələrin daha da genişlənməsinə xidmət edir: “Bizim tarixi müştərək əlaqələrimiz olduqca genişdir. Biz Azərbaycanı özümüzə ən yaxın qardaş ölkə hesab edirik”.

M. M. Nəccar Azərbaycan prezidenti İlham Əliyev, iqtisadi inkişaf, daxili işlər, mili təhlükəsizlik nazirləri ilə görüşəcəyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar