Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Qarabağa səfər ediblər
03 İyul 2009 Cümə 11:35
Diplomatlar bu gün səhər saatlarında Tərtər rayonunun Şıxarx kəndi ərazisindən işğal altında olan ərazilərimizə keçiblər

 

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri - Polad Bülbüloğlu və Armen Sumbatyan, eləcə də mədəniyyət və kinomotoqrafiya üzrə Rusiya Federal Agentliyinin rəhbəri Mixail Şvidki ilə birgə Qarabağa səfər ediblər. ANS-in Qarabağ bürosunun məlumatına görə, diplomatlar bu gün səhər saatlarında Tərtər rayonunun Şıxarx kəndi ərazisindən işğal altında olan ərazilərimizə keçiblər. Bu gün onların qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Bako Saakyanla görüşləri nəzərdə tutulub. Daha sonra diplomatlar jurnalistlər üçün brifinq keçirəcəklər./ANS TV/
 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar