Azərbaycan Serbiyada səfirlik açacaq
10 Fevral 2010 Çərşənbə 12:20
Azərbaycan Serbiyada səfirlik açacaq. Bu barədə xarici işlər naziri Elmar Məmmədyariv məlumat verib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusu qəbul edib.

Etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu qeyd edib. V.Curgus fəaliyyəti dövründə Serbiya-Azərbaycan arasında iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə münasibətlərin inkişafına və genişləndirilməsinə xidmət edəcəyini söyləyib.

Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən V.Cungus Serbiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində qonağı salamlayan nazir E. Məmmədyarov V.Cungusu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın Serbiyada səfirlik açmağı planlaşdırdığını və bu amilin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcəyini qeyd edib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar