Siyasət

Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısına başsağlığı verib

“Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi”.

· Xəbərçi
Azərbaycan Prezidenti Braziliyanın dövlət başçısına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın dövlət başçısı xanım Dilma Rousseffə
başsağlığı məktubu göndərib. Məktubda deyilir: “Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”. ANSPRESS

Şərhlər