Azərbaycan konsulu Kalifoniyaya səfər edib
17 Fevral 2010 Çərşənbə 02:45
Elin Süleymanov Kaliforniya klubunda Xəzərin enerji resursları barədə danışıb
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və konsul Elman Abdullayev San-Xose şəhərinin meri Çak Ridlə görüşüblər. Görüşdə Azərbaycan və “Silikon vadisi”ndə yerləşən şirkətlər arasında yeni texnologiyalar sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib.

Azərbaycan diplomatları San-Fransisko şəhərində Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə Avrasiya məkanında vəziyyətin inkişafı məsələlərinə həsr olunmuş seminar keçiriblər. Seminarda Azərbaycanın ABŞ və İsraillə münasibətləri müzakirə olunub.

E.Süleymanov mötəbər Kaliforniya klubunda çıxışında enerji təhlükəsizliyinin və regionun dünya məkanına inteqrasiyasının təmin edilməsi istiqamətində Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasətindən söz açıb. Diplomat San-Fransisko və San-Xose dövlət universitetlərinin tələbələri qarşısında çıxışında da Xəzər dənizinin enerji resursları mövzusuna geniş yer verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar