Aprelin 9-da Azərbaycan Gənclər Parlamentində seçki keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 85 nəfərin qatıldığı seçkidə Azərbaycan Gənclər Parlamentinin və Uşaq Parlamentinin üzvləri iştirak edib.
Azərbaycan Gənclər Paralamentinin sədri Ceyhun Osmanlı növbəti dəfə Azərbaycan Gənclər Parlamenti sədrliyinə namizədliyini irəli sürməyib. Keçirilən gizli səsvermədə Hikmət İsmayılov Azərbaycan Gənclər Parlamentin spikeri, Tale Əliyev birinci vitse-spiker, Fəridə Əliyeva və Azər Məhərrəmov isə vitse-spiker seçiliblər. Azərbaycan Respublikası Dövlət İqtisad Universiteti ilə əldə olunan razılığa əsasən Gənclər Parlamentinin iclasları Dövlət İqtisad Universitetinin Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Gənclər Parlamenti 2005-ci ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə yaradılıb. Bu layihə çərçivəsində şeçki yolu ilə müxtəlif sahələri təmsil edən 51 fəal gənc seçilmiş və fəaliyyətə başlamışlar. Bu gün Azərbaycan Gənclər Parlamentinin yeni tərkibdə ilk iclası keçirilib./ANS PRESS/