"Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ təkcə Türkiyə deyil, eləcə də bölgədəki bütün dövlətləri maraqlandırır. Türkiyə hökuməti bu məsələni ətraflı düşünərək türk milləti və Azərbaycan üçün ən xeyirlisi nədir onu həyata keçirəcək". Bu fikirləri "OLAYLAR"İA-ya verdiyi açıqlamada Türkiyənin İqdır vilayətinin valisi Saim Saffet Karahisarlı səsləndirib. İqdır valisinin sözlərinə görə, türk milləti Mustafa Kamal Atatürkün dediyi kimi "Yurdda sülh, cahanda sülh" ideyası ilə yaşamaq istəyir: "Biz heç bir qonşularımızla düşmən olmaq istəmirik. Ancaq bizim qonşularımız da bizim uzatdığımız sülh əlinə cavab verməli və öz qonşuları ilə barış əldə etməlidirlər. Ermənistan bəzi şeyləri bəhanə edərək bizim üzr istəməyimizi tələb edir. ASALA terror təşkilatının etdiklərinə nə deyiləcəkğ. Əsl üzr istəməli olan dövlətlərdən biri Ermənistandır. Daha sonra Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Güclü bir Türkiyə həmişə Ermənistanın xeyrinədir. Ancaq Ermənistanın da bir addım atması lazımdır". Saffet Karahisarlı deyib ki, Azərbaycanı təkcə qonşu deyil, qardaş bir ölkə kimi görür: "Azərbaycanın acısı bizim acımız. sevinci bizim sevincimizdir. Öz vətənim üçün etdiklərimi Azərbaycan üçün də edərəm".
Olaylar